Sinqapurda bu həftə iki məhkum narkotik alverçisi, o cümlədən son 20 ildə ölümə məhkum edilən ilk qadın asılacaq.
Xarici mediya bildirir ki, məhkum edilmiş Sarideva Camani cümə günü edam olunmaq üçün göndəriləcək. 2018-ci ildə 30 qrama yaxın heroini satdığı üçün ölüm cəzasına məhkum edilib.
"Edam edilsə, o, 36 yaşlı bərbər Yen Mey Voenin narkotik alverinə görə asıldığı 2004-cü ildən bəri Sinqapurda edam edilən ilk qadın olacaq", - yerli hüquq müdafiəçisi Transformative Justice Collective (TJC) fəalı Kokila Annamalayın açıqlamasında bildirilir.
Çərşənbə günü daha bir nəfərin - 50 qram heroin alverində təqsirli bilinən şəxsin edam ediləcəyi gözlənilir.