Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Vüqar Məmmədxanov və Ayaz Rəhimov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Vüqar Məmmədxanovun barəsində həbs qətimkan tədbiri, Ayaz Rəhimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.