ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcələrini artırıb.
Bu barədə FED-in saytında məlumat verilib.
Bildirilir ki, uçot dərəcələri 25 faiz bəndi artırılaraq 5,25-5,50 aralığına çatdırılıb.
Bu, son 22 ilin ən yüksək uçot dərəcəsidir.
Açıqlamada deyilir ki, uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % səviyyəsində inflyasiyaya nail olmaq hədəflənir.