Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.
"Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib", - deyə AMB bəyan edib.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 20-də ictimaiyyətə açıqlanacaq.