Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsinə 1974-cü il təvəllüdlü Vidadi Camal oğlu Xudiyev və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Pərvanə Əhməd qızı Xudiyeva xəsarət alıblar.
Yaralılar Bakıda yerləşən xəstəxanalardan birinə gətiriliblər.
Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.