Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Son oyun günündə 5 qarşılaşma baş tutacaq.
Azərbaycan təmsilçisi "Qarabağ" Polşada "Rakuv"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
Bu cütün qalibinin III raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə "Aris" Kiprdə üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
26 iyul
21:00. "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail)
21:00. "Aris" (Kipr) - BATE (Belarus)
22:15. "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)
22:45. "Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)
22:45. "Klaksvik" (Farer adaları) - "Haken" (İsveç)
Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.