Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib.
Bu barədə Baş Assambleyanın sessiyasının rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiyak məlumat verib.
Bildirib ki, qətnamədə müqəddəs kitablara qarşı hər hansı bir təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab olunur.
Dialoqu təşviq etmək və nifrət nitqinə qarşı mübarizə məqsədi daşıyan sənəddə BMT ölkələrinin insanlara qarşı dini zəmində hücumları, habelə onların dini simvollarına, müqəddəs kitablarına, evlərinə, bizneslərinə, əmlaklarına, məktəblərə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş analoji hərəkətləri beynəlxalq hüquq normalarını pozaraq kəskin şəkildə pislədiyi ifadəsi yer alıb.