
Bakıda gecə klublarının birində insident baş verib.
Abşeron rayon sakini, 31 yaşlı G.Əhmədova gecə saat 04:15 radələrində polisə zəng edərək tanışının onu və daha bir neçə nəfəri ölümlə hədələdiyini bildirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. 1987-ci il təvəllüdlü Sadiq Süleymanov saxlanılıb.
Faktla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsində araşdırma aparılır.