Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyada səfərdə olacaq. "Oxu24.com" bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinə istinadən yayıb. Nazirliyin məlumatında bildirilib ki, S.Şoyqunun Şimali Koreyaya səfəri Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.Səfər 1950-1953-cü illər müharibəsində Şimali Koreya xalqının qələbəsinin 70 illiyi ilə bağlı keçiriləcək bayram tədbirləri ilə bağlıdır. Nigar
Xəbəri paylaş