Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım musiqiçinin səhhətindən danışıb.
RegionTV.info xəbər verir ki, o, video müraciət yayaraq Rəmişin xəstəliyi haqda yazılmasının onu narahat etdiyini bildirib:
"Rəmişin sənətindən danışın. Rəmiş öldü, qaldı kimə nə? Şəhidlərdən danışın".
Gitara ifaçısı isə "Hamıya can sağlığı diləyirəm. Məndən narahat olmayın. Səhhətimdən olmayan şeylər yazılmasın" sözlərini əlavə edib.
Qeyd edək ki, rejissor Mahir Hüseynbəyli Rəmişin xəstə olduğu, onun vəziyyətinin getdikcə ağırlaşdığı haqda sosial şəbəkədə məlumat yayıb.
Xəbəri paylaş