"Sosial kredit" adlanan sistemdə vətəndaşlara başlanğıc olaraq 1000 puan veriləcək.
Siqareti çəkib yerə tulladın, parkı semiçka ilə zibillədin, qıza söz atdın, növbə pozdun, yolda birinə qarşı kobudluq etdin, insanların yanında intim yerlərini qaşıdın, bir sözlə cəmiyyətdəki pis davranışlarınla sənə verilən puanlar azalmağa başlayacaq.
Yaşlının ağır çantasına kömək etdin, əyilib yerdən zibili götürüb zibilqabına atdın, hamilə qadına avtobusda yer verdin, xidmət sektorlarında nəzakətli olmaq kimi nümunəvi vətəndaşlıq borcunu yerinə yetirdikcə puanlar artacaq.
Punları 1000-dən yuxarı artana banklarda güzəştli kredit, marketlərdə endirimli ərzaq, iş karyerasında yüksəliş şansları veriləcəksə, puanları azalana nəqliyyat bileti satılmayacaq, işdən qovulacaq, endirim və güzəştlərdən məhrum olunacaq.
Puanı azalmağa doğru gedənlər günü-gündən cəmiyyətdən uzaqlaşdırılacaq, ta ki, özünü toparlayıb puanları qaldırmaq üçün başlayacağı günə qədər.
Vətəndaşlara ölkənin hər addımına quraşdırılacaq kameralar və dronlarla nəzarət ediləcək, üz tanıma sistemi ilə puanlar avtomotik paylanacaq.