
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun verdiyi məlumata görə, bu gün Nazirliyə məxsus "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib.
Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda MSN, FHN və Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.