Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əmək müqavilələrinin sayı cəmi 1 faiz artıb

Əmək müqavilələrinin sayı cəmi 1 faiz artıb


Məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, bu ilin 6 ayında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 1 faiz və ya 18,5 min müqavilə artaraq 1 milyon 765 minə çatıb.

 Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da artması ilə nəticələnib. 2023-ci ilin yanvar-iyun aylarında əməkhaqqı fondunda daha 10 faiz artım qeydə alınıb.

 

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də