Şuşa Qlobal Media Forumunda çox böyük məsələlərə toxunuldu. Medianın hazırda qarşılaşdığı müəyyən çətinliklər var. Düşünürəm ki, medianın üzləşdiyi çətinliklərin həlli dəyişiklik tempi ilə bağlıdır.
"Məni narahat edən xüsusi məqam medianın maliyyələşməsi ilə bağlıdır. İnsanlar müxtəlif xəbər mənbələrinə etibar etməyə meyllidirlər. Bu o deməkdir ki, provayderlər dəqiq və qərəzsiz hesabat verməyə davam etmək, pul toplamaq üçün getdikcə daha çox mübarizə aparmalıdırlar", - deyə N.Pauvel qeyd edib.