Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qubad İbadoğlunu neçə il həbs gözləyir?

Qubad İbadoğlunu neçə il həbs gözləyir?


Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ittiham olunduğu maddə açıqlanıb.

O, Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilir.

 Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxslər beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.

 Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Əməliyyat zamanı saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aprılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də