Azərbaycan atıcısı Xanna Əliyeva Koreyanın Çanqon şəhərində keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.
İdmançı 50 metr məsafəyə tapançadan atəş açmada bütün rəqiblərini qabaqlayıb.
X.Əliyeva 520 xal toplayaraq qızıl medal qazanıb.
Eyni növdə çıxış edən Leyla Əliyeva isə bürünc medal əldə edib. O, 510 xal toplaya bilib.