
Macarıstanın "Semmelweis" Universitetinin alimləri apardıqları araşdırmada qadınların uşaq sahibi olmaq üçün ən təhlükəsiz yaşı müəyyən ediblər.
Alimlər 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş aralığı olduğunu bildirirlər.
Alimlər 1980-2009-cu illər arasında uşaq dünyaya gətirmiş 31 128 qadının məlumatlarını ana yaşı ilə körpələrdə qeyri-genetik doğuş anomaliyaları arasında əlaqə kontekstində təhlil ediblər.