Konstantin Zatulin, Vitali Milonov, indi də Pyotr Tolstoy.
Rusiyada Azərbaycanla əlaqələrə kölgə salanların sayı artır. Bu dəfə Rusiya Dövlət Dumasının sədr müavni və Vahid Rusiya Partiyasının üzvü Pyotr Tolstoyun açıqlaması ciddi narazılıqla qarşılanıb.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Pyotr Tolstoyun dedikləri orta əsr təfəkkürünün, Çar Rusiyasının işğalçılıq ideologiyasının qalığıdır.
"Pyotr Tolstoy bilməlidir ki, bugünkü dünyada sülhün, stabilliyin qorunmasının əsas şərtlərindən biri dövlətlərin suverenliyinə, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır."
Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır və bu, Rusiya üçün də önəmlidir, - deyən Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan həmişə balanslaşdırılmış xarici siyasət yürüdür.