Nikaraqua prezidenti Daniel Orteqa Ukrayna prezidenti Vladimir Zelenskini faşist adlandıraraq, Qərbin onun Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) və Avropa İttifaqının sammitində iştirakında israr etdiyini xatırladıb.
O, bu barədə “Canal 4” telekanalının yayımladığı Sandinista İnqilabının ildönümünə həsr olunmuş mərasimdə danışıb.
"Aİ-nin CELAC ilə bu görüşündə müzakirə edilən ilk məqam o oldu ki, avropalılar faşisti, Ukraynanın nasist prezidentini iştiraka dəvət etmək istəyirdilər.
Avropalılar çox təzyiq göstərdilər, lakin əksər ölkələr bunu qəbul etmədilər, Ukraynanın faşist prezidentini ora qoya bilmədilər", - Orteqa bildirib.
Nikaraqua prezidenti həmçinin bildirib ki, avropalılar yekun bəyannaməyə Rusiyanın xüsusi əməliyyatını pisləyən bəndlər daxil etməyə çalışıblar, lakin Latın Amerikası dövlətlərinin nümayəndələri oxşar mövqeyə malik sənədi imzalamaqdan imtina ediblər. Buna görə də sənədin son variantında Rusiyadan heç bir qeyd yoxdur.
Orteqa vurğulayıb ki, Ukrayna məsələlərinin Avropa İttifaqı tərəfindən sammitin gündəliyinə daxil edilməsi ilkin olaraq məntiqli deyil.
Xatırladaq ki, iyulun 17-18-də Brüsseldə Aİ-CELAC sammiti keçirilib.