Meksikadakı qum fırtınaları 3 şəhərdə elektrik enerjisinin kəsilməsinə və maddi ziyana səbəb olub.
Qum fırtınası Meksikanın şimalında yerləşən Sonora ştatında təsirli olub.
Fırtına əyalətin paytaxtı Hermosillo ilə yanaşı, Quaymas və Empalme şəhərlərində də təsirli olarkən, bölgədə elektrik enerjisinin yüzdə 80 kəsildiyi və maddi ziyanın olduğu bildirilib.
Ştatın 3 şəhərini vuran tufan nəticəsində bir çox binanın damları uçub, aşmış ağaclar yolları bağlayıb və nəqliyyatın hərəkətinə mane olub. Elektrik kəsilməsi ilə yanaşı, rabitədə də fasilələr yaranıb.
Qum fırtınası səbəbindən səma sarıya çevrildiyi üçün görmə qabiliyyəti azalıb.
Sonora əyalətinin qubernatoru Alfonzo Durazo təbii fəlakətdən sonra verdiyi açıqlamada fırtına səbəbiylə insan itkisinin olmadığını, yanğınsöndürənlərin və mülki müdafiə qruplarının bölgədə dəymiş ziyanı aradan qaldırmağa çalışdığını bildirib.