Müğənni Əlikram Bayramovun oğlu Qalib atasından şikayətlənib.
"Xəzər Axşamı" proqramında qonaq olan ifaçı atasının tərs olduğunu, toylarda ona oxumaq üçün şərait yaratmadığını etiraf edib:
"Atam tərs adamdır. Məsələn, hərdən bir yerdə toylara düşürük, mənə yer vermir, məndən əvvəl girir".
Ə.Bayramov isə oğluna zafatyana "axşam evə getməyəcəksən, bala?" - deyə irad tutub.
"Qalib, bu söhbətlərdən sonra evə taksi ilə getməli olacaqsan. İstəyirsən, gedək bizdə qal. Əlikram müəllim professional adamdır, harda nə oxumaq lazımdır bilir. O bizdən böyükdür, sənətkardır. Oxumağı hər adam bacara bilər, amma məclisi idarə etmək çox çətindir. Mən dəfələrlə onunla birgə el şənliklərində olmuşam, bunu görmüşəm".
Həmin görüntüləri təqdim edirik;