Qubada kollec tələbəsi intihar edib.
Hadisə rayonun Muçu kəndində baş verib.
Məlumata görə, 2005-ci il təvəllüdlü Adgözəl Camərdov yaşadığı evin həyətindəki tikilidə özünü asaraq intihar edib. Onu meyitini anası aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Camərdov Şirvan Dövlət və Humanitar kollecinin III kurs tələbəsi olub.