Söhbət əvvəl "Kürdəmir" hazırda isə Sabirabad Regional Mədəniyyət idarəsinin İmişli 34 saylı Gövhərli kənd kitabxanasından gedir.Artıq ikinci dəfədirki həmin kitabxanada çəkliş aparırdıq . Təssüflər olsun ki, hər dəfə də iş saatının olmasına baxmayaraq kitabxana bağlı idi. Sonuncu çəklişi apararkən kitabxana yenə bağlı olmaqla, kitabxananın müdri Hüseynova Səadət Gülhüseyn qızını yenı də iş yerində tapa bilmədik. Amma kitabxananın digər işçisi Gülçöhrə xanım müdrindən fərqli olaraq işinə gəlmişdi. Gülçöhrə xanımdan Səadət xanımın işdə olmamasının səbəbini soruşanda o, müdrilə telefon əlaqəsi saxladıqdan sonra bizə bildirdi ki, müdir icazəlidir. Araşdırma zamanı məlum oldu ki, Səadət xanım icazəni İmişli M.K.S nin direktoru Hürü Şirinovadan alıb. Amma Hürü xanımda öz növbəsində humanist mövqey tutaraq dövlət qanunların bir kənara qoyub, Səadət xanıma ərizəsiz telefon müraciəti əsasında icazə verib. Onda ortaya bir sual çıxır görəsən Hürü xanım dövlətin hansı qanun ilə ona icazə üçün telefonla müraciət edən işçisinə rəsmi ərizə ilə yox, telefonla müraciət edən işçisinə icazəni elə telefon vasitəsilədə verir. Bəs görəsən Hürü xanın atdığı bu addımının məsuliyyətin dərk edirmi? Bundan başqa şifahi olaraq Gülçöhrə xanımdan 34 saylı kitabxanada tutduğu vəzifəsini soruşduq xanım bildirdi ki burda kitabxanaçı vəzifəsindəyəm. Xanım kitabxanaçıdan kitabxananın açarının birinin onda olmamasının səbəbini soruşanda bildirdi ki, müdir bizə açar vermir. Sonra biz araşdırma aparanda məlum oldu ki heç Gülçöhrə xanımın həyat yoldaşı ağır xəstə olduğu üçün o, normal işə də gəlməməsinə baxmayaraq ona həmişə işə gələn kimi əmək haqqı buraxılır. Bu da İmişli M.K S nin direktoru Hürü Şirinovanın yerində olub, işinin öhdəsindən gələ bilməməsindən irəli gəlir.Heç mən nə görüb, nədə eşitməmişəm ki. Hürü Şirinova səlahiyyətlərindən istifadə edib tabeçiliyində olan kitabxanalarda görüşlər keçirib onların iş fəaliyyətlərilə tanış olsun.Məgər Hürünü bu vəzifəyə təyin edən ona dövlət qanunlarına xidmət etməyi tapşırmayıb? Yoxsa həmin nəzakətli məmur Hürü xanıma deyib arxanda dövlət qanunu yox mən dayanmışam narahat olma. Bu cəzasızlıqdan ruhlanan Hürü xanım heç bir dövlıt qanuna məhəl qoymadan rəhbəri olduğu idarəni öz qanunları ilə idarə edir. Nəticədə bu acınacaqlı mənzərə ortaya çıxır. Bu gün təcə İmişlidə yox respublikanın bütün rayonlarında mədəniyyət sahələri ağır günlərini yaşayır.Amma İmişlinin M.K. S-dəki özbaşnalıqdan heç yerdə ola bilməz. Bu acnacaqlı olay o, vaxta qədər davam edəcək ki, Hürü Şirinova bu sahəyə rəhbərlik edir. Hürü Şirinova tutduğu vəzifədən getməyincə İmişli M. K. S- i sahəsinə nicat yoxdur. İnsafən rayonun bir neçə kitabxanaları işlərini günün təlıblərinə az da olsa qura bilir, amma yerdə qalan əksər kitabxanalar çox vaxt bağlı olur. Bəs bu acınacaqlı vəziyyətə Sabirabad Regional idarəsinin rəisi Faiq Xudanlının münasibəti necədir? Olmaya İşini günün tələbinə qura bilməyən, İmişli M.K.S-nin direktoru Hürü Şirinovanın qeyri məqbul fəaliyyətinə xeyirdua verənlərdən biridə məhz region rəhbəri Faiq Xudanlıdır. Əgər belə olmasaydı bir neçə ay öncəyə qədər İmişli M.K.S-i Kürdəmir regional idarəsinə tabe idi Faiq Xudanlıda həmin regional idarənin rəhbəri idi. Əgər həmin vaxt Faiq Xudanlı Hürü Şirinova barəsində tədbir görməyib və ya görə bilməyibsə demək biz fikirimizdə yanılmırıq.Mənim fikrimcə Hürünün havadarlarından biridə məhz Faiq Xudanlıdı.Əgər belə olmasaydı o, Faiq müəllim bu qədər Hürü Şirinova qanunsuzluğuna göz yummazdı.Bəs ARƏRBAYACARESPUBLİKASIININ Mədəniyyət Naziri cənab Adil Kərimlinin Faiq Xudanlı və Hürü Şirinovanın uğursuz iş fəaliyyətlərinə münasibəti necədi? Artıq İmişlidə olmayan kitabxana sistemi Hürü Şirinovanın uğursuz xidməti sayəsində daha da uçruma gedir. Görəsən Hürünün bu uğursuz fəaliyyətinə "DUR" deyən bir dövlət məmuru tapılacaqmı? Yoxsa Hürü zülmü hələ çox davam edəcək. Mövzuya qayıdacağıq. Redaksiya məqalədə adları çəkilənlərin də mövqeyin dərc etməyə hazırdı.
MEHMAN MƏMMƏDOĞLU