Hindistanın qərbindəki Maharaştra əyalətində güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib.
Yerli hakimiyyət orqanları iyulun 19-da Maharaştranın Raiqad rayonundakı kənddə baş verən sürüşmə nəticəsində ölənlərin sayının 16-ya yüksəldiyini açıqlayıb.
Torpaq sürüşməsi nəticəsində çökən binaların altında qalan insanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, 75 nəfərin xilas edildiyini, lakin xeyli insanın hələ də qapalı vəziyyətdə qaldığını qeyd edib.
Fadnavis səlahiyyətlilərin xilas edilən yaralılar üçün bölgəyə tibbi qruplar göndərdiyini bildirib.
Kənddəki 50 təsərrüfatdan 17-nin sürüşmə nəticəsində dağıldığı qeydə alınıb.
Səlahiyyətlilər ölkədə son 2 həftədə musson yağışları nəticəsində həyatını itirənlərin sayının 150-ni keçdiyini açıqlayıb.