Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Su anbarında qanunsuz balıq ovlayan şəxs tutuldu

Su anbarında qanunsuz balıq ovlayan şəxs tutuldu


Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov  bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Yevlax rayonu, Xanabad kənd sakini Samir Rəsulov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

 

Keçirilən nəzarət tədbirləri zamanı Yevlax rayonunun “İstisu” adlanan ərazisində isə qanunsuz ov edən Yevlax rayonu, Tanrıqulular kənd sakini Niyaməddin Məmmədov saxlanılıb, barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də