Mərhum teleaparıcı Natəvan Babayevaya Bakıda yas mərasimi veriləcək.
Bu barədə onun ANS-dən olan keçmiş iş yoldaşı Sevda Həsənova bildirib.
S.Həsənova deyib ki, hüzr mərasimi cümə axşamı – iyulun 27-də saat 14:00-da Təzəpir məscidində keçiriləcək.
Xatırladaq ki, Natəvan Babayeva dünən uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun nəşi bu gün doğulduğu Salyan rayonunun Parça Xələc kəndində torpağa tapşırılıb.
N.Babayeva evli idi, 9-cu sinfə gedən bir oğlu yadigar qalıb.
Mərhum telejurnalist son vaxtlar AzTV-nin, ondan öncə isə uzun illər ANS televiziyasının əsas aparıcılarından biri olub.