Çinin xarici işlər naziri Tsin Qan barəsində cinayət işi açılıb.
Bu barədə xarici media məlumat yayıb.
İddialara görə, XİN başçısı nikahdankənar əlaqələrinə dair xəbərlər yayıldıqdan sonra yoxa çıxıb. Son günlər onun harada olduğu bilinmir.
57 yaşlı nazirlə bağlı xarici KİV-də müxtəlif məlumatlar tirajlanır, lakin rəsmi Pekin hələ ki açıqlama verməyə tələsmir.