Cari ilin ikinci rübündə 19 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarından 10 nəfəri yetkinlik yaşına çatmayanlar, 2-si 18-25, 3-ü 26-40 və 4-ü 41-65 yaşlılardır.
Bu il ümumilikdə 32 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya olunub. İlin birinci yarısında Gürcüstandan deportasiya olunanların əksəriyyətini Azərbaycan vətəndaşları təşkil edib.