Somalidə terror təşkilatı Əl-Şəbab-a qarşı ötən gün keçirilən əməliyyatlarda 100-ə yaxın təşkilat üzvü zərərsizləşdirilib.
Somali İnformasiya Nazirliyindən verilən açıqlamada ölkənin Orta Şabel bölgəsində əş-Şəbaba qarşı əməliyyatların aparıldığı barədə məlumat paylaşılıb.
Həyata keçirilən əməliyyatlarda 100 təşkilat üzvü öldürülüb, təşkilata məxsus çoxlu silah və hərbi texnika ələ keçirilib.
ABŞ ordusunun da dəstəklədiyi Somali ordusunun təşkil etdiyi əməliyyatlarda təşkilatın 7 sözdə yüksək rütbəli məmuru zərərsizləşdirilib.
Somali prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı Əl-Şəbabla hərtərəfli mübarizə aparılacağını açıqlayıb.