
"Azərişıq" ASC-nin əməkdaşı dirəkdən yıxılaraq ölüb.
Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs "Azərişıq" ASC-nin əməkdaşı olub.