Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın 37 hava hədəfini məhv edib.
Məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.
Bildirilib ki, bu PUA-lar Rusiyanın Krasnodar diyarındakı Primorsk-Axtarsk və ilhaq etdiyi Krım yarımadasındakı Çauda poliqonlarından buraxılıb.
Məlumata görə, ötən gecə Rusiya Ukraynaya 16 “Kalibr”, 8 “X-22”, 6 “Oniks” qanadlı raketi və “Su-35” qırıcıdan isə idarə edilən bir “X-59” aviasiya raketi atıb. Ukrayna müdafiəçiləri 13 qanadlı raket, bir “X-59” viasiya raketi və 23 “Shahed-136” məhv edib.