Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ŞAD XƏBƏR: Koronavirusun dərmanı tapıldı - AĞIR XƏSTƏLƏRİ DƏ SAĞALDIR

Revmatizmin müalicəsində istifadə edilən dərmanların koronavirusa qarşı təsir gücü olduğu ortaya çıxıb.
RegionTV.info xəbər verir ki, İngiltərədə London İmperial Kollecində 15 ölkədən təxminən 4 min xəstənin cəlb olunduğu araşdırma araşdırmada revmatizm və oynaq xəstəliklərinin müalicəsində istifadə olunan "Tocilizumab" və "Sarilumab" dərmanlarının koronavirusun müalicəsində də istifadə oluna biləcəyi məlum olub.
"Guardian" qəzetinin məlumatına görə, 21 gün ərzində xəstələrin vəziyyətini müşahidə edən mütəxəssislər, xəstəxanada müalicə alan xəstələrin ölüm nisbətinin 24 faiz aşağı olduğu qənaətinə gəliblər. Dərmanın xəstəliyin ağır təsirlərini azaltdığı və reanimasiyada qalma müddətini aşağı saldığı müəyyənləşib.
İngilis professor Entoni Qordon dərmanların təsirinin ümidverici olduğunu və bunun yalnız İngiltərədə deyil, qlobal tədqiqatlarda da sübut edildiyini diqqətə çatdırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də