Rusiya Fövqəladə Hallar Nazirliyinin iki amfibiya təyyarəsi meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün Türkiyəyə uçub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyini açıqlama yayıb.
“Rusiya Federasiyası Prezidentinin göstərişi ilə və Türkiyə tərəfinin müraciətinə əsasən, Rusiyanın fövqəladə hallar idarəsinin iki amfibiya təyyarəsi Rostov-na-Donudakı Platov hava limanından Muğla və İzmir şəhərlərinə havaya qalxıb. Türkiyə Cümhuriyyəti böyük meşə yanğınlarını söndürəcək”, - mesajda deyilir.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muğla, Mersin və Çanaqqala vilayətlərində meşə yanğınlarının 5 nöqtəni bürüdüyünü və əksəriyyətinin nəzarət altına alındığını bildirib.