İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
İsmayıllı şəhər sakini 1979-cu il təvəllüdlü Əliyev Pərviz Nəsir oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Qeyd edək ki, iyunun 24-də Pərviz Əliyevin həyat yoldaşı 1978-ci il təvəllüdlü Əliyeva Şəfa Eynulla qızı şəkər xəstəliyi səbəbindən komaya düşərək İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və orada dünyasını dəyişmişdi, eləcə də Pərviz Əliyev arvadının ölümünə dözməyərək həmin gün özünə bıçaq xəsarətləri yetirmişdi.
Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilmişdi. O, müalicə olunaraq evə buraxılsa da, bu gün intihar edib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.