Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə tullantıları yandıran şəxs cəzalandırıldı

Gəncədə tullantıları yandıran şəxs cəzalandırıldı


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən “Gəncə Ekspress” ASC-nin həyətində tullantıların qalaqlanaraq yandırılıması faktı müəyyən edilib.

 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən  verilən məlumata görə, xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların “Gəncə Ekspress” ASC-nin həyətində yerləşən rəngsaz sexində işləyən Tural İsmayılov tərəfindən yandırıldığı məlum olub.

 

“Faktla bağlı akt, protokol tərtib tərtib olunub və T.İsmayılov barəsində qanunamüvafiq tədbir görülüb.

 

Xidmət rəsmisinin sözlərinə görə, əraziyə cavabdeh “Gəncə Ekspress” ASC-nin İdarə heyətinin sədri Eltac Əliyevə ərazinin təmizliyinə nəzarət olunması ilə bağlı ciddi xəbərdarlıq edilib, rəngsaz sexinin rəhbərliyinə isə belə halların təkrarlanmaması üçün məcburi göstəriş verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də