Aktual
18 İyul 2023, 14:46
Xəzər rayonunda qanunsuz tikililər sökülüb.
FHN-dən Modern.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintilərlə bağlı tədbirləri davam etdirir.
Belə ki, Xəzər rayonu, Buzovna qəsəbəsinin Nizami küçəsində, Təmanis yaşayış massivində, həmçinin Qala qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidə icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
Qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.