Finlandiyanın “Orion Pharma” dərman şirkəti Rusiyada fəaliyyətini dayandırıb.
"Orion Pharma" əsas dərman kimi siyahıya alınan Metipredin (metilprednizolon, hormonal iltihab əleyhinə dərman) əsas istehsalçısıdır.
Veb saytında yerləşdirilən sənədə görə, şirkət “Rusiyadakı fəaliyyətini dayandırması səbəbindən” əməliyyat mənfəətində 25 milyon avro azalma qeydə alıb. Onun Rusiya bazarını dəqiq nə vaxt tərk etdiyi barədə məlumat verilmir.
Hesabatda “Orion Pharma”nın Rusiyaya dərman tədarükünü dayandırdığı deyilmir. Bununla belə, "Roszdravnadzor"un məlumatları bu şirkətdən dərmanların dövriyyəyə buraxılmasının kəskin şəkildə azaldığını göstərir.