Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Peskov taxıl sazişindən danışdı - Vicdansızlıqdır

Peskov taxıl sazişindən danışdı - Vicdansızlıqdır


"Avropa ölkələrinin taxıl müqaviləsi ilə bağlı mövqeyini vicdansızlıq adlandırmaq lazımdır".

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 "Moskva Krım körpüsünə hücumu Kiyevin təşkil etdiyinə şübhə etmir. Krım körpüsünün təhlükəsizliyinin gücləndirilməsi təklifi hələ də hazırlanır", - Peskov bildirib.

 

O, həmçinin qeyd edib ki, Rusiya BMT baş katibi Antonio Quterreşin Avropanı taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə inandırmaq cəhdlərini yüksək qiymətləndirir.

 

"Rusiya taxıl sazişindən çıxdıqdan sonra ehtiyacı olan ölkələr üçün Ukrayna taxılını pulsuz əvəz etməyə hazırdır. Rusiyadan Afrikaya taxıl tədarükü iyulun sonunda Sankt-Peterburqda keçiriləcək sammitdə müzakirə olunacaq. Putin hələ Ərdoğanla təmasları planlaşdırmır", - Kreml sözçüsü vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də