İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli bilinir.
Hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Etibar Bədəlov ailə münaqişəsi zəminində aralarında yaranmış dava zamanı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aytən Bədəlovanı öldürüb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.