İ
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2023-cü ildə ən çox gəlir əldə edən idmançı kimi “Ginnesin rekordlar kitabı”na düşüb.
2017-ci ildən bəri ilk dəfə (ümumilikdə isə üçüncü dəfə) Ronaldo dünyanın ən çox qazanan idmançıları siyahısına başçılıq edir.
Məlumata görə, idmançının il ərzində rekord gəliri 136 milyon dollar təşkil edib. Bunun 46 milyon dolları futboldan, 90 milyonu isə reklam müqavilələrindən əldə olunub.
Qeyd edək ki, siyahıda ikinci yerdə illik gəliri 130 milyon dollar olan argentinalı Lionel Messi qərarlaşıb. İlk üçlüyü fransalı Kilian Mbappe qapayıb.