Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ötən gün MİQ-də ən yüksək nəticə göstərənlərin ADLARI

Ötən gün MİQ-də ən yüksək nəticə göstərənlərin ADLARI


Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, ingilis dili və təsviri incəsənət fənləri ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.

 

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən  bildirilib ki, test imtahanı mərhələsində Azərbaycan dili və ədəbiyyat üzrə ən yüksək balı Ülviyyə Mahmudova (82,5), Kamran Səmədov (78,5) və Nəzakət Şükürova (76,25), Azərbaycan dili fənni üzrə ən yüksək balı Gülər Həsənli (80,25), Ainura Rakhimova (79) və Elnurə Nağıyeva (79), ingilis dili fənni üzrə Aytac Mahmudova (88,75), Əsmər Kərimova (88,75) və Humay Mehtiyeva (86,25), təsviri incəsənət fənni üzrə isə Əminə Ağabəyova (95), Könül Məhəmmədli (90) və Vəfa Süleymanova (88,75) toplayıblar.

 

Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 100-dür.

 

Xatırladaq ki, Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5 635, təsviri incəsənət fənnindən isə 1 468 namizəd dəvət olunub.

 

Əlli səkkiz minə yaxın namizədin iştirakının nəzərdə tutulduğu test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

 

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.














Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də