Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni Yaşma bələdiyyəsinin sədri CƏZALANDIRILDI

Yeni Yaşma bələdiyyəsinin sədri CƏZALANDIRILDI


Xızıda ətraf mühitin çirkləndirilməsinə qarşı reyd zamanı Yeni Yaşma kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri görülüb.

 DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Yeni Yaşma kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

 

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərinin pozulduğuna görə Yeni Yaşma kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də