
RUsiyanın Sverdlovsk vilayətində bir yaş yarımlıq uşaq həkimlərin ona diaqnoz qoya bilməməsi nəticəsində dünyasını dəyişib.
İdarənin regional şöbəsindən bildirilib ki, İstintaq Komitəsi araşdırmaya başlayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları mediadan məlumat alıb. Ananın sözlərinə görə, uşaq bir neçə dəfə bir xəstəxanadan digər xəstəxanaya aparılıb. Analizlər normaldı. Bir sıra xəstəliklərdən şübhələnirdilər.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə cinayət işi araşdırılır.