Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəran sakininin FACİƏLİ ÖLÜMÜ - Balıq tutmağa getmişdi... - FOTO




Lənkəranda 56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. 1967-ci il təvəllüdlü kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev balıq tutmaq məqsədi ilə əlində olan qırmağı kanala atmaq istəyib. Bu zaman onun qırmağı yüksək gərginlikli elektrik xəttinə toxunub. Onu elektrik cərəyanı vurub və hadisə yerində ölüb.

Qeyd edək ki, kanalın yaxınlığından yüksək gərginlikli elektrik xətti keçir və elektrik xətlərinin yerlə məsafəsi azdır.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də