Hörmətli izləyicilər. Bu kadrları İmişli rayonundan lentə almışıq. Rayonun "20 YANVAR" küçəsində olan bu acı mənzərə insanda ürəy ağrıdan bir hal yaradır.Gördüyümüz kimi baxımsızlıqdan şam ağaclar quruyaraq məhv olub. Bu işə biganə yanaşan İmişli Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Mənzil İstismar idarəsinin nəzdində fəaliyyət göstərən, Yaşıllaşdırma idarəsi və Kammunal İstehsalat Birliyi işini günün tələbinə uyğun qura bilməməsi səbəbindən bu ağaclar quruyaraq məhv olub. Respublikanın bütün şəhər və rayonlarında ULU ÖNDƏRMİZ Heydər Əliyev ililə əlaqədar ağaclar əkmə konpaniyası aparıldığı bir vaxtda İmişlidə bu işin əksinə olaraq rayon ərazilərində ağac məhv etmə işləri həyata keçrilir. Beləki əkilmiş ağaclar baxımsızlıqdan quruyaraq məhv olur. Bəs görəsən bunun günahı kimdədir. Bəs görəsən bu acınacaqlı mənzərəyə görə kimsə məsuliyyət daşımır? MÖVZUYA QAYIDACAĞIQ.
FƏRİDƏ TAĞIZADƏ