Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İMİŞLİDƏ PAJARNI ADLANAN BAZARDA HACI VİDADİ ÖZBAŞNALIĞINA NİYƏ"DUR" DEYƏN YOXDUR FOTOLAR

 

 Söhbət İmişli rayonunda fəaliyyət göstərən "PAJARNI" adlanan paltar və digər əşyalar satılan mərkəzindən gedir.Bazarın  sahibi HACI VİDADİ adlı sahibkardır. HACI Vidadi  rəhbəri olduğu bazarda heç bir təhlükəsizlik qaydalarına əməl etmədən bu gün də bazarda çalışanların həyatlarının təhlükədə olduğuna baxmayaraq bu gündə  fəaliyyətini davam etdirir. Beləki bazarda çalışanların təhlükəsizliyi və sağlamlıqları nəzərə alınmadan onların fəaliyyətinə icazə verilir. Sözü gedən  bazarda hər an yanğın  baş verə bilər. Buna səbəb də cərəyan ötürücü naqillərin istismar müddətini başa vurmasından irəli gəlir. Kadrlardan da göründüyü kimi   cərəyan ötürücü naqillər səliqəsiz və nizamsız  qaydada çəkilmişdir. Bundan başqa sabah bazarda baş verə biləcək yanğının qarşısının alınması üçün su hovuzunun olmaması  yanğının söndürülə bilinməyəcəyinə zəmin yaradır. Hətta sözügedən  bazarda  satıcıların və alıcıların istifadə etməli olduqları sanitar qovşağı    belə yoxdur. Bu da onların təbii təlabatın ödənilməsinə mane olur. Əgər bazarda vacib olan adi sanitar qovşaq yoxdursa, burda hansı yanğının  mühafizəsin dən söhbət gedə bilər Bunun nəticədə bazarda satışla məşqul olanların əmlakı yanaraq məhv olacaqdır. Dəymiş ziyanın ödənilməsi üçün isə bazarda satışla məşqul olanlarla qanuna uyğun olaraq əmək  müqaviləsi də  bağlanmamış  heç onların  əmlaklarıda sığortalanmamışdır. Bu da nəticədə satıcılara açıq aşkar ziyan vurulmağa hesablanmış bir addımdır.  Bundan başqa kadrlarda göründüyü kimi bazarın elektrik xətlərini cərəyandan ayrılması üçün quraşdırılan elektrik bıçaqlarıda "RUBİLNİK" istismar müddətini başa vurmuş və istifadəyə yararsızdır. Amma bütün bunlara baxmayaraq HACI VİDADİ  və onun komandası bu gündə şəxsi mənafeləri naminə sahib olduqları bazarda çalışan satıcıların həyatını və mülklərini təhlükədə qoymaqdan belə çəkinmirlər. Bundan başqa bazarda havalandırma sistemlərinin olmaması həmin bazarda çalışanların vərəm və bu digər bu kimi xəstəliklərə düçar olmaları qaçılmazdır. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə sözü gedən HACI VİDADİ yə məxsus "PAJARNI" adlanan bazarda hər pişttaxta üçün aylıq 40,50 azn nəzərdə tutulsada hər ay satıcılardan  180 və ya 200 azn alındığı iddia edilir. Və onlar satıcılara özəl bazar olduğunu bəhanə gətirilərək ödənilən yer puluna görə satıcılara  qəbz verilmir. Buda açıq aşkar vergidən yayınma hallarıdır. Mövzu əhəmiyyət kəsb etdiyi üçün söz gedən bazarla bağlı silsilə yazılarımızı davam etdirəcəyik. 

MEHMAN MƏMMƏDOĞLU




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də