Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zaqatalada bələdiyyə sədrləri cərimələndi




Zaqatalada bələdiyyə sədrləri cərimələnib.

 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Zaqatala rayonu ərazisində birgə keçirdikləri tədbirlər zamanı Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

 

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Həmçinin, keçirilən tədbirlər zamanı çirkab sularını su hövzəsinə axıdan şəxslər müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də