Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputat şikayətləndi, komitə sədri onunla razılaşmadı

Deputat şikayətləndi, komitə sədri onunla razılaşmadı


“Dərman vasitəsinin öz əmtəə nişanı ilə adı yazılmır, təsiredici maddənin adı yazılır”.

 Bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Rəşad Mahmudov bildirib.

 Onun sözlərinə görə, bu məsələ gələcəkdə bizə problem yarada bilər:

 "Eyni zamanda istehsalçının maraqlarının qorunması məsələsi var. İstehsalçıların nümayəndələrinin ölkəmizdə daha aktiv şəkildə fəaliyyətinə şərait yaratmalıyıq. Amma ticarət adına qadağa qoyuruq. Bizim həkimlərin səhvləri varsa da, o düzəldilməlidir. Həkimlərə dəyər verməlidir. Nə üçün dünyada tibb işçilərinin inkişafı üçün işlər görənlərə əmtəə nişanın istifadəsinə qadağa qoyuruq?”.

 Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, bu məsələ artıq bir neçə dəfə qaldırılıb: “Rəşad bəydən fərqli olaraq mən bu qanunu mütərəqqi hesab edirəm. Rəşad bəy bu qanun layihəsinin birinci müzakirəsində komitə iclasında iştirak etməyib. İkinci müzakirədə də eyni məsələni qaldırıb. Plenar iclasda da səsləndirib, məsələyə cavab verilib. Yəqin Rəşad bəyin xəbəri yoxdur ki, qanun layihəsində 71 qanun layihəsinə 71 dəyşiklik olunub və dediyi məsələlər hamısı qeyd olunub”,- deyə o bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də