Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ana uşağın bezini dəyişəndə dəhşətə gəldi - Qan içindəydi - VİDEO - FOTO



Doğulduğu gündən bəri ağlayan uşağın bədənindən şpris iynəsi çıxıb.

 Türkiyənin İğdır bölgəsində ikiaylıq körpənin bezini dəyişərkən onun ayağında şpris iynəsi aşkarlanıb. Körpənin anası Özləm Göydərənin sözlərinə görə, körpə doğulduğu gündən ağlayırmış, yatızdırandan 5 dəqiqə sonra yenə oyanıb ağlamağa davam edirmiş. Gecəsi-gündüzü olmayan körpənin bu davranışını köp, sancı ilə əlaqələndiriblər və öz-özünə keçəcəyini fikirləşiblər.

Bir neçə gün əvvəl, körpənin baldır nahiyəsində qızartı əmələ gəlib. Körpənin anası "Əvvəlcə elə bildim ki, zəhərli həşarat dişləyib, əhəmiyyət vermədim. Növbəti gün bezini dəyişəndə, oğlum qan içindəydi", - deyə əlavə edib. Körpənin ayağından 4 sm uzunluğunda iynə çıxarılıb. Təcili xəstəxanaya çatdırılıb. Körpə zəruri olan bütün analiz və yoxlamalardan keçib, sağlamlığı qaydasındadır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də