Son zamanlar quş qripinin yayılması təkcə quşlar üçün deyil, insanlar üçün də təhlükə yaradır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Cenevrədə yayılan birgə məlumatında deyilir.
Qeyd olunub ki, quş qripi epidemiyaları ev quşları, çöl quşları və bəzi məməlilər də daxil olmaqla heyvan populyasiyalarını məhv edib, fermerləri və ərzaq ticarətinin işini ləngidib: